23 fev 22:07hadise

Cəlilabadda 41 yaşlı qadın qohumları tərəfindən döyülüb

Cəlilabadda 41 yaşlı qadın qohumları tərəfindən döyülübCəlilabad rayonunda 41 yaşlı qadın döyülüb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Alıqasımlı kəndində baş verib.

Belə ki, kənd sakini, 1977-ci il təvəllüdlü Dilşad Nüsrət qızı Xalıqova qohumları tərəfindən döyülüb. Ağır bədən xəsarətləri alan 41 yaşlı qadın Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilərək Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU