16 fev 14:18hadise

Bakıda daha bir doğranmış meyit tapıldı

Bakıda daha bir doğranmış meyit tapıldıBinəqədi rayonu, Azadlıq prospekti 28 ünvanında doğranmış qadın meyiti tapılıb.

Meyit 16 mərtəbəli binanın qarşısında “Təmiz Binəqədi” loqolu zibil yeşiyinin içində aşkarlanıb. Dərhal hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının və məhkəmə tibbi ekspertiza şöbəsinin əməkdaşları cəlb olunub. İlkin müayinələr zamanı qətlə yetirilənin 55-60 yaşlarında qadına məxsus meyit olduğu aşkarlanıb. Məlum olub ki, qadının bütün bədən orqanları doğranıb. Onun başı, qol və ayaqları qutudan çıxarılıb. Qadının şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsi tərəfindən əməliyyat-istintaq qrupu yaradılıb və cinayət məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb.
XƏBƏR LENTİ
Dünən, 14:33
SORĞU