15 fev 16:22hadise

Sevgilisi ilə görüşən gənc döyüldü – Sevgililər günü

Sevgilisi ilə görüşən gənc döyüldü – Sevgililər günüSumqayıt şəhərində Sevgililər günündə sevgilisi ilə görüşən 17 yaşlı oğlan qızın qohumları tərəfindən döyülüb.

Report xəbər verir ki, hadisə fevralın 14-də şəhərin 15-ci məhəlləsində baş verib.

Belə ki, 15-ci məhəllədə yerləşən yataqxanaların birində yaşayan, 2001-ci il təvəllüdlü Nicat Əli oğlu Hüseynov naməlum şəxşlər tərəfindən döyülüb. Ağır bədən xəsarətləri alan gənc oğlan Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Məlumata görə, N.Hüseynov sevdiyi qızla görüşən zaman qızın qohumları tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
Dünən, 11:23
12-11-2019, 15:19
SORĞU