08 fev 12:08hadise

Yol kənarında yeni doğulmuş körpə tapıldı - Öldü

Yol kənarında yeni doğulmuş körpə tapıldı - ÖldüBərdə rayonunda yol kənarında yeni doğulmuş körpə tapılıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, yeni doğulmuş körpə rayonun Əmirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkar olunub.

Hadisə barədə Təcili Tibbi Yardım Stansiyasına (TTYS) və polisə məlumat verilib. Körpənin atıldığı yerə gələn TTYS-nın həkimləri tərəfindən körpə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Lakin, yol kənarında tapılan körpə ölüb.

Bu barədə Bərdə rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Adil Cəlahan məlumat verib.

Baş həkim bildirib ki, körpə yeddi aylıq doğulub: "Aparılan müayinlərdən sonra körpənin öldüyü məlum olub.

Faktla bağlı araşdırmalara başlanılıb.
loading...
XƏBƏR LENTİ
16-06-2019, 23:30
SORĞU