07 fev 14:47hadise

Məktəbdən çıxan şagirdi traktor vurdu

Məktəbdən çıxan şagirdi traktor vurduZaqatala rayonunda məktəbdən çıxan şagirdi traktor vuraraq öldürüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Əliabad qəsəbəsində baş verib.

Belə ki, Əliabad qəsəbə 4 saylı tam orta məktəbinin 2-ci sinif şagirdi, 8 yaşlı Əli Tural oğlu Cavadovu məktəbdən çıxarkən traktor vurub.

Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.
XƏBƏR LENTİ
SORĞU