01 fev 11:32hadise

Bakıda 3 nəfər itkin düşüb

Bakıda 3 nəfər itkin düşübSon günlər Bakı şəhərində itkin düşənlərin sayı artıb.

Ötən gün Sabunçu, Nizami və Xətai rayonunda itkin düşən şəxslər barədə məlumatlar qeydə alınıb.

“Ölkə.Az”-ın xəbərinə görə, 2000-ci il təvəllüdlü Balaxanı qəsəbə sakini Namazova Nərmin evdən çıxıb və geri qayıtmayıb. 18 yaşlı qızın itkin düşməsi ilə bağlı 12-ci Polis Bölməsinə müraciət olunub.

Digər oxşar hadisə isə Nizami rayonunda qeydə alınıb. Ordubadi küçəsində yaşayan Quliyev Seyran Şahin oğlunun itkin düşməsi barədə Nizami RPİ-nə məlumat verilib.

52 yaşlı Daşdəmirov Mehdi Namaz oğlu isə Xətai rayonunda itkin düşüb. Hazırda hər üç şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
XƏBƏR LENTİ
SORĞU