24 yan 10:33hadise

Şəkidə iki qadın özünü öldürmək istədi

Şəkidə iki qadın özünü öldürmək istədiŞəkidə iki qadın intihara cəhd edib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanvarın 23-ü saat 20.00 radələrində rayonun Suçma kənd sakini, 1990-cı il təvəllüdlü Yeganə Fikrət qızı Mustafayeva, saat 22 radələrində isə Şəki şəhəri Sabit Rəhman küçəsi ev 8 A ünvanında yaşayan 1978-ci il təvəllüdlü Şəlalə Rövşən qızı Əlirzayeva zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olublar.

MRX-dan bildirilib ki, Yeganə Mustafayevanın gəmiriciləri məhv etmək üçün istifadə edilən dərman, Şəlalə Əlirzayevanın isə sirkə turşusu içərək zəhərlənməsi məlum olub.

Həkim müdaxiləsindən sonra hər iki qadının vəziyyəti stabilləşib. Onların intihar etmək istədikləri müəyyənləşib.

Hər iki faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
XƏBƏR LENTİ
Bu gün, 09:07

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.