21 yan 12:55hadise

Bakıda qız üstündə dava – Təfərrüat

Bakıda qız üstündə dava – TəfərrüatBakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Cavanşir körpüsünün altında 1991-ci il təvəllüdlü Nicat Əkbərov naməlum şəxslə mübahisə edib.

Mübahisə zamanı həmin şəxs Nicat Əkbərovu bıçaqlayıb və hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

İlkin məlumata görə, hadisə qız üstündə yaranan mübahisə zəminində baş verib.

Faktla bağlı cinayət işi başlanıb.
XƏBƏR LENTİ
SORĞU