19 yan 10:39hadise

Çoban odlu silahla qətlə yetirildi - Şamaxıda

Çoban odlu silahla qətlə yetirildi - ŞamaxıdaŞamaxı rayonunun Acıdərə yaşayış massivində qətl hadisəsi törədilib.

“Report”un Şirvan bürosu xəbər verir ki, Sabir qəsəbə sakini Natiq Şirbala oğlu Binyətov çobanlıq edən qonşusunu tüfəngdən atəş açaraq qətlə yetirib.

Hadisə mübahisə zəminində baş verib. Qətli törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Şamaxı rayonunda baş verən silahlı insident zamanı qətlə yetirilən şəxsin adı məlum olub.

Rayonun Acıdərə yaşayış massivində baş verən hadisə zamanı çobanlıqla məşqul olan, rayonun Quşçu kənd sakini, 1980-cı il təvəllüdlü Zaur Seyidağa oğlu Hacıyev qonşusu, 1996-cı il təvəllüdlü Natiq Şirbala oğlu Binyətov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib.

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən N.Binyətov saxlanılıb.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanılıb.

Hadisənin səbəbləri araşdırlır.
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU