04 yan 15:48hadise

Qobustanda DƏHŞƏT: azyaşlı bacı-qardaş diri-diri yandı

Qobustanda DƏHŞƏT: azyaşlı bacı-qardaş diri-diri yandıQobustan rayonu, Qaracüzlü kəndində 4 otaqlı evdə yanğın baş verib.

Avrasiya.net-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkar edilib. Yanğın zamanı 1 nəfər azyaşlı (2011-ci il təvəllüd) yanıq xəsarətləri alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
SORĞU