Qəbələdəki hoteldə ərəb qadının meyiti tapıldı

Qəbələdəki hoteldə ərəb qadının meyiti tapıldı Qəbələ rayonunda yerləşən otellərdən birində qalan ərəb turist ölüb.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, hadisə “Qafqaz Sport Hotel”də qeydə alınıb.

Məlumata görə, BƏƏ vətəndaşı, 1940-cı il təvəllüdlü Ayişə Məhəmmədin oteldə meyiti tapılıb.

Ölümün səbəblərinin müəyyənləşdirilməsi üçün Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.