21 dek 11:30hadise

Məhkəmə arvadının başını kəsən kişi ilə bağlı qərar verdi

Məhkəmə arvadının başını kəsən kişi ilə bağlı qərar verdiBakıda arvadını başını kəsərək öldürən kişi haqqında məhkəmə qərarı açıqlanıb.

1965-ci il təvəllüdlü Rasim Çəltikovun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Binəqədi rayonunda yaşayan 1965-ci il təvəllüdlü Rasim Çəltikovun ailə münaqişəsi zəminində həyat yoldaşı, 1967-ci il təvəllüdlü Arifə əltikovanın boğazını kəsərək onu qətlə yetirib.

Daha sonra Rasim Çəltikov hadisə yerindən qaçaraq ölkəni tərk etmək istəyib. O, hüquq mühafizə orqanları əməkdaşları tərəfindən Xaçmaz rayonunda, “Yalama” Keçid məntəqəsində Rusiya Federasiyasına qaçmaq istəyərkən saxlanılıb.

İstintaqa ifadə verən Rasim Çəltikov törədiyi əməli etiraf edib. O, bildirib ki, yaşadıqları evi sataraq gəlini ilə birlikdə Rusiyaya getmək istəyib: “Lakin Arifə bu fikrim ilə razılaşmadı. Buna görə də onunla mübahisə etdik. Mübahisə zamanı Arifə məni söydü. Onun təhqir edici ifadəsi məni daha da özümdən çıxartdı. Buna görə də aramızda mübahisə qızışdı. Mübahisə zamanı Arifəni yerə yıxdım və bıçaqla boğaz nahiyəsinə xəsarətlər yetirdim”.

Rasim Çəltikov qeyd edib ki, arvadının öldüyünə əmin olundan sonra evi tərk edib. Onun sözlərinə görə, əvvəlcə şəhərin mərkəzinə gəlib və bir qədər orada gəzişib: “Sonra törətdiyim əmıin ağır olduğunu düşündüm. Bu səbəbdən Rusiyaya qaçmaq barədə paln qurdum. Planımı həyata keçirmək üçün Xaçmaz rayonuna getdim. Oradan Rusiyaya keçmək istəyən zaman sərhədçilər tərəfindən yaxalandım”.

Rasim Çəltikov törətdiyi əməldən peşman olduğunu bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
XƏBƏR LENTİ
Dünən, 08:10
20-09-2019, 14:39
20-09-2019, 14:21
SORĞU