18 noy 09:01hadise

Bakıda kütləvi dava: 2 nəfər bıçaqlandı

Bakıda kütləvi dava: 2 nəfər bıçaqlandıBakıda kütləvi dava olub.

Report xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Ramana qəsəbəsi, "Südçülük Sovxozu" kimi tanınan ərazidə 5 nəfər arasında dava olub. Nəticədə 1972-ci il təvəllüdlü Nəcəfov Müşviq Tofiq oğlu və 1972-ci il təvəllüdlü Kərimov Hidayət Səlim oğlu bıçaqlanıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

M.Nəcəfovun vəziyyəti ağır olduğundan o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
XƏBƏR LENTİ
Dünən, 14:33
SORĞU