16 noy 11:51hadise

7 it 81 yaşlı qadına hücum etdi

7 it 81 yaşlı qadına hücum etdiSamuxda yaşlı qadın küçə itlərinin hücumuna məruz qalıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonu Sərkar kəndində baş verib. Kənd sakini, 1936-cı il təvəllüdlü Zəkiyyə Mosu qızı Tağıyeva küçədə gedərkən 6-7 itin hücumuna məruz qalıb. Baş, üz və bədəninin müxtəlif yerlərindən itlər tərəfindən xəsarət alan yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU