16 noy 11:03hadise

Bərdədə 18 yaşlı qız oğurlandı

Bərdədə 18 yaşlı qız oğurlandıBərdədə 18 yaşlı qızın oğurlanması faktı ilə bağlı cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, noyabrın 10-da rayonun Şahvəlilər kənd sakini, 1999-cu il təvəllüdlü Tərgül Əhmədli mağazadan qaçırılıb.

Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında dərhal araşdırmalara başlanıb.

Araşdırmalar nəticəsində T. Əhmədlinin rayon sakinləri Ayşən Arif qızı Məmmədova və Allahverdi Vahid oğlu Məmmədov tərəfindən qaçırılması müəyyən edilib.

Faktla bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu - bir qrup şəxs və ya dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. (apa)
XƏBƏR LENTİ
Dünən, 08:32
SORĞU