16 noy 10:53hadise

Təcili yardım maşını 2 məktəblini vurdu - Bakıda

Təcili yardım maşını 2 məktəblini vurdu - BakıdaBakının Nəsimi rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Rəşid Behbudov küçəsində yolu keçmək istəyən 2008-ci il təvəllüdlü Eyvazova Nazlı və həmyaşıdı Osmanova Aliyəni təcili yardım xidmətinə məxsus "Mercedes" markalı avtomobil vurub.

Xəsarət alan hər iki uşaq xəstəxanaya yerləşdirilib.

Hər iki uşaq hadisə vaxtı yaxınlıqdakı məktəbdən çıxaraq evə gedirlərmiş.

Faktla bağlı araşdırmalara başlanılıb.
XƏBƏR LENTİ
Dünən, 14:59
SORĞU