23 okt 14:31hadise

Fabrikdə yanğın - Polkovnik-leytenant yaralandı

Fabrikdə yanğın - Polkovnik-leytenant yaralandıAğstafa rayonunda fabrikdə yanğın olub, Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovnik-leytenantı xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonda yerləşən "Akkord-Tekstil" fabrikində baş verib. Ümumi sahəsi 600 kvadrartmetr olan fabrikin 160 kvadrat metrlik 2 otağında baş verən yanğın zamanı texnika və əşyalar yanıb.

Hadisə yerinə FHN-in Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin (YMH) əməkdaşları və yanğınsöndürən maşınları cəlb olunub. Yanğının söndürülməsində iştirak edən Ağstafa YMH-nin rəsi, polkovnik-leytenant Sənan Mansurov xəsarətlər alıb. Belə ki, fabrikin sınan şüşələri S.Mansurovun üz və əl nahiyələrini kəsib.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.