17 okt 20:45hadise

Əmircanda qonşular arasında kütləvi dava

Əmircanda qonşular arasında kütləvi davaBakının Suraxanı rayonunda kütləvi dava baş verib.

Publika.az xəbər verir ki, Əmircan qəsəbəsi, Cəfər Cabbarlı küçəsində 1978-ci il təvəllüdlü Zaur Bünyadov qonşusu Elnur və onun qardaşı ilə mübahisə edib.
Qonşuların mübahisəsi davaya çevrilib. Davaya Elnur adlı şəxsin daha iki dostu qoşulub. Zaur Bünyadov həmin şəxslər tərəfindən döyülüb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Zaur Bünyadovu döyən şəxslər hadisə yerindən qaçıblar.

Faktla bağlı cinayət işi başlanıb.
XƏBƏR LENTİ
SORĞU