İlham Əliyev: "Bizim Putinlə həll olunmamış məsələmiz qalmayıb”“Bizim xalqlarımız arasında mövcud olan sıx əlaqələr bu gün uğurla inkişaf edir. Elə dünən axşam Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə növbəti görüşdə biz münasibətlərimizin ikitərəfli gündəliyinə nəzər yetirdikdə aşkar etdik ki, öz həllini tələb edən heç bir məsələ yoxdur”.

AzərTAc bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Rusiya Federasiyası Şurası sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanov və Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xizri Şixsaidovla görüşündə deyib.

“Biz, sadəcə, əldə olunan nailiyyətləri - həm iqtisadi, həm nəqliyyat, həm enerji, həm də siyasi sahələrdə əməkdaşlığımızın nəticələrini yada saldıq və müvafiq qurumlara münasibətlərin gələcək inkişaf yollarını müəyyənləşdirmək üçün göstərişlər verdik. Yəni, bu, artıq elə bir münasibətlər səviyyəsinin göstəricisidir ki, hətta prezidentlər səviyyəsində həllini tələb edən hansısa xüsusi məsələ yoxdur”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Xatırladaq ki, bir gün əvvəl Tehranda Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü olub.
Prezident  Sumqayıt Dövlət Universitetinin əməkdaşlarını təltif etdiPrezident İlham Əliyev Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamda deyilir:

Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi münasibətilə və təhsilin inkişafındakı xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Ağayev Ulduz Xeyrulla oğlu

Hüseynov Aqil Həmid oğlu

Hüseynov Qalib Sirac oğlu

İsgəndərova Nigar Vəliş qızı

Mustafayev Musa Musa oğlu

Mustafayev Valeh Azad oğlu

Talıbov Natiq Həsən oğlu.
“Azərbaycan, İran və Rusiya arasında əməkdaşlıq təhlükəsizliyin təmin edilməsi üçün önəmlidir”Azərbaycan, İran və Rusiya arasında əməkdaşlıq təbiidir, çünki bizim ölkələrin xalqlarının tarixi və coğrafi bağları var.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Azərbaycan prezident İlham Əliyev Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşündən sonra mətbuata açıqlamasında bildirib.

Prezident İ. Əliyev qeyd edib ki, bu əməkdaşlıq təhlükəsizliyin təmin edilməsi üçün önəmlidir və həyata keçirilən infrastruktur layihələrinin reallaşdırılmasına yardım edir: “Ticarət dövriyyəsinin artması ölkələrimizdə iqtisadiyyatın inkişafının göstəricisidir”.

Neftin qiymətinin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına təsir göstərmədiyini bildirən prezident İlham Əliyev qeyd edib ki, üçtərəfli görüşdə Rəşt-Astara dəmir yolunun tikintisi üçün maliyyə vəsaiti Azərbaycan və İran tərəfindən təmin edilib.
Prezidentin İrana səfəri başladıPrezident İlham Əliyevin İrana səfəri başlayıb.

AzNews.az İRNA xəbər agentliyinə istinadən xəbər verir ki, Tehranda prezident İlham Əliyevi İranın iqtisadiyyat və maliyyə naziri, iki ölkənin iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının həmsədri Məsud Kərbasian qarşılayıb.

Azərbaycan, Rusiya və İran prezidentlərinin birgə sammiti Tehranda bir neçə saatdan sonra keçiriləcək.
İlham Əliyev və xanımı Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimində - YenilənibOktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilir.

AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak edirlər.

Prezident İlham Əliyev açılış mərasimində çıxış etdi:

"Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş 2007-ci ildə Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.

Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq. Belə ki, üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur. Bu, onu göstərir ki, Azərbaycan ilə yanaşı, Gürcüstan və Türkiyə də tranzit daşımalarından yüksək gəlir əldə edəcək. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Bu yol istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqinin iki dəfəyədək azalması müşahidə olunacaq ki, bu da layihənin iqtisadi səmərəsini daha da artırır.

Bakı-Tbilisi-Qars dəmir yolunun digər önəmli cəhəti isə Azərbaycanın bu layihənin verdiyi imkanlardan istifadə edərək Türkiyə ilə Gürcüstan ərazisindən birbaşa dəmir yolu əlaqəsi qurmasıdır. Bu dəmir yolu regionda turizmin inkişafına da güclü təsir göstərəcək. Beləliklə, öz əhəmiyyətinə görə qlobal səciyyə daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu iki qitəni polad relslərlə birləşdirərək böyük sosial-iqtisadi səmərəyə zəmin yaradır. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Bu töhfənin təməlində Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanır."

***

Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə bağlı təntənəli mərasim başlayıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev və Özbəkistan baş naziri Abdulla Aripov iştirak edirlər.

Qeyd edək ki, layihənin icrasına 2007-ci ildə başlanılıb. Həmin ilin fevralın 7-də Tbilisi şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstanın prezidenti Mixeil Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında” üçtərəfli saziş və “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında” Azərbaycan və Gürcüstan hökumətləri arasında ikitərəfli saziş, habelə Azərbaycanın Nəqliyyat Nazirliyi və “Marabda Kartsaxi Dəmir Yolu" MMM arasında "Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsi şərtlərinə dair Kredit Müqaviləsi” imzalanıb.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək. Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir.

Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artıracaq.

2011-ci il mayın 18-də Bakıda ikitərəfli sazişə edilmiş bəzi əlavə və dəyişikliklər barədə Protokol imzalanıb. Bu dəyişikliklər əsasında 1 iyul 2011-ci il tarixində Azərbaycanın Nəqliyyat Nazirliyi və “Marabda Kartsaxi Dəmir Yolu” MMM arasında yeni şərtlər çərçivəsində yeni Kredit Müqaviləsi imzalanıb.

Qars-Axalkalaki yolu xəttinin ümumi uzunluğu 105 kilometrdir. Qars-Axalkalaki yolu xəttinin uzunluğu 76 km olan Türkiyə hissəsinin inşası rəsmi Ankaranın maliyyə vəsaiti hesabına həyata keçirilib. Layihənin Gürcüstan ərazisinə düşən hissəsinin - 26 km uzunluğundakı Qars-Axalkalaki dəmir yolu xəttinin, habelə uzunluğu 153 km olan mövcud Axalkalaki-Marabda dəmir yolu xəttinin reabilitasiya-rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan tərəfindən 775 milyon dollar, o cümlədən Tranş A üzrə illik dərəcəsi 1% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 200 milyon dollar və Tranş B üzrə illik dərəcəsi 5% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 575 milyon dollar həcmində kredit vəsait ayrılıb. İkitərəfli Sazişə müvafiq olaraq, kreditin istifadəsinə müstəsna səlahiyyətlərlə nəzarət edən və bu məqsədlər üçün kredit tam qaytarılanadək büdcənin təsdiq olunması və onun icrasına nəzarət edən məşvərət orqan - Koordinasiya Şurası yaradılıb.

Azərbaycan prezidentinin 21 fevral 2007-ci il tarixli 1974 nömrəli sərəncamına edilmiş dəyişiklərlə əsasən, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin Marabda-Axalkalaki hissəsinin bərpa və yenidən qurulmasının və Axalkalakidən Türkiyə ilə sərhədə qədər olan hissəsinin tikintisinin maliyyələşdirilməsi və qarşıya çıxan digər təşkilati tədbirlərə operativ nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Komissiyası yaradılıb. Sərəncama əsasən, “Bakı-Tbilisi-Qarsyeni dəmir yolu” layihəsinin həyata keçirilməsi Azərbaycan hökuməti tərəfindən işlərin əlaqələndirilməsi “Azərbaycan Dəmir Yolları” QSC-yə həvalə edilib.

Azərbaycan prezidentinin 21 fevral 2007-ci il tarixli 1974 nömrəli sərəncamına uyğun olaraq, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsini Dövlət Neft Fondu (ARDNF) həyata keçirib. Bu sərəncama müvafiq olaraq, Azərbaycan hökuməti adından kreditləşmənin təşkili və bank xidmətinin həyata keçirilməsi üzrə agent bank “Azərbaycan Beynəlxalq Bankı” ASC təyin edilib.

Layihənin maliyyələşdirilməsinə başlayandan etibarən 30.09.2017 tarixə qədər ARDNF tərəfindən xəzinədarlıq vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ümumilikdə 640,3 milyon dollar, o cümlədən cari ilin yanvar-sentyabr ayları ərzində 10,1 milyon dollar vəsait ayrılıb. Bu vəsait nazirlik tərəfindən Gürcüstan və Azərbaycan hökumətləri arasında imzalanmış İkitərəfli Sazişə müvafiq olaraq, Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin və müvafiq infrastruktur obyektlərinin layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiya və istismarı üçün yaradılmış “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin hesabına köçürülüb.

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Qazaxıstandan yola çıxan 32 konteynerdən ibarət ilk yük qatarının Azərbaycan üzərindən ekspeditoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC -dir.

Ərdoğan Bakıya gəldiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlir.

“Anadolu” agentliyi Ərdoğanın təyyarəsinin Ankara vaxtı ilə saat 10:00-da yola çıxdığını yazıb.

Ərdoğanla birlikdə həyat yoldaşı Əminə Ərdoğan, İqtisadiyyat naziri Nihat Zeybəkçi, Enerji və Təbii Sərvətlər naziri Barat Albayraq, Təhsil naziri İsmət Yılmaz, Müdafiə naziri Nurəddin Canikli də Azərbaycana gəlir.

Qeyd edək ki, Ərdoğan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinin açılışı mərasimi üçün Bakıya səfər edir.

***

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 30-da Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Facebook
SSRİ-nin həmişə qorxduğu tarixi hadisə –Bu gün Azərbaycan və Türkiyəni birləşdirən yol açılırTikintisinə 2007-ci ildə başlanılmış və "Dəmir İpək Yolu" adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti bu gün istifadəyə verilir.

Bu münasibətlə Azərbaycan paytaxtında keçiriləcək açılış mərasimində Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, eləcə də 3 ölkənin digər rəsmi şəxsləri, nəqliyyat sektorunun təmsilçiləri iştirak edəcəklər.

Xatırladaq ki, Azərbaycan üçün olduqca böyük əhəmiyyətə malik olan və ölkənin tranzit əhəmiyyətini artıracaq BTQ dəmir yolu xətti layihəsinin reallaşdırılması ilə bağlı ilk danışıqlar 1993-cü il iyulun 26-29-da Ankarada (Türkiyə) keçirilmiş Türkiyə-Gürcüstan Qarışıq Nəqliyyat Komissiyasının iclasında baş tutub. 2002-ci il iyulun 20-21-də isə İstanbulda (Türkiyə) iki ölkənin nəqliyyat nazirləri bununla bağlı protokol imzalayıb.

2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfər etmiş İ.Əliyev gürcü həmkarı Mixeil Saakaşvili ilə keçirdiyi mətbuat konfransında sözügedən layihəni dəstəklədiyini və Azərbaycanın da bu layihədə iştirak etməyə hazır olduğunu bildirib. 2005-ci il mayın 25-də isə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında İ.Əliyev, M.Saakaşvili və Türkiyənin o vaxtkı prezidenti Əhməd Necdət Sezər BTQ dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzalayıb. Nəhayət, 2007-ci il fevralın 7-də Azərbaycanın dövlət başçısının Gürcüstana işgüzar səfəri zamanı BTQ dəmir yolu xəttinin tikintisinin başlanması ilə bağlı saziş imzalanıb. Bütün bunların davamı kimi, həmin il fevralın 21-də İ.Əliyev yeni dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. Noyabrın 21-də Gürcüstanın Marabda stansiyasında dəmir yolunun Gürcüstan hissəsinin, 2008-ci il iyulun 24-də isə Türkiyənin Qars şəhərində dəmir yolunun Türkiyə hissəsinin tikintisinə start verilib.

Azərbaycan layihənin Gürcüstan ərazisindən keçən hissəsinin də tikintisini maliyyələşdirilməsini öz üzərinə götürüb. Bu məqsədlə qonşu ölkəyə illik 1%-lə, 25 illik müddətə 220 mln. ABŞ dolları kredit verilib.

BTQ dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 840 km-dir. Bunun 500 km-i Azərbaycan, 260 km-i Gürcüstan, 80 km-i isə Türkiyə ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan-Türkiyə sərhəddindəki hissəsində uzunluğu 5 km-ə yaxın olan tunel tikilib.

Marşrutla ilk illərdə 5-7 mln. ton yük daşınacağı, tədricən bu rəqəmin 50 mln. tona çatdırılacağı proqnozlaşdırılır. Azərbaycanın tranzitdən ildə 50 mln. dollar gəlir əldə edəcəyi bildirilir. Sərnişin daşımalarına gəlincə isə, ilk illərdə dəmir yolu xəttində ildə 1 mln. insanın yararlanacağı deyilir. Yeri gəlmişlən, BTQ marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan İsveçrənin “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal olunur.

Bu il sentyabrın 27-də Azərbaycan, Gürcüstan və Türkiyə rəsmilərinin iştirakı ilə dəmir yolu xəttinə ilkin baxış keçirilib. "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolları" SC-nin sədri Mamuka Baxtadze, Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan qatarla Tbilisidən Axalkalakiyə gedərək, yolda aparılan tikinti və son tamamlama işləri, onun istifadəyə hazırlıq vəziyyəti ilə tanış olublar. Dövlət və hökumət rəsmiləri Tsalka, Tetriskalo və digər stansiyalarda olub, Asiya ilə Avropanı birləşdirəcək BTQ dəmir yolu xəttinin açılışa hazırlığı ilə maraqlanıblar. Tədbirdə üç ölkənin nəqliyyat strukturlarının rəhbərləri ilə yanaşı, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Dursun Həsənov, Zəki Ləvənt Gümrükçü və digər rəsmi şəxslər iştirak ediblər. (Report)
Türkiyənin yaranmasının 94-cü ildönümüdürBu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 94-ci ildönümüdür.

Kult.az xatırladır ki, 1914-1918-ci illərdə Osmanlı İmperiyasının Birinci Dünya müharibəsində məğlub olmasından sonra qalib dövlətlər - İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyənin böyük hissəsini işğal edirlər. Osmanlı ordusunun zabiti Mustafa Kamal bu işğalı qəbul etməyərək, 1919-cu il mayın 19-da Samsun şəhərində Milli Azadlıq Hərəkatına start verir.

1920-ci il mayın 11-də İstanbuldakı Osmanlı hökuməti ilə qalib dövlətlər arasında Türkiyə ərazilərinin böyük hissəsinin işğalını rəsmiləşdirən təslimçi Sevr müqaviləsi imzalanır. Təslimçiliyi qəbul etməyən və Mustafa Kamalın rəhbərliyi altında birləşən müqavimət qüvvələri işğalçılara qarşı Qurtuluş Savaşına başlayırlar.

1920-ci il sentyabrın 14-də ümumi səfərbərlik elan edilir. Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da türk millətinin tam qələbəsi ilə başa çatır. 1923-cü il oktyabrın 13-də Ankara paytaxt elan olunur.

Oktyabrın 29-da isə Böyük Millət Məclisində Türkiyə Cümhuriyyətinin qurulduğu rəsmən elan edilir. Lozanna sülh konfransında uzun müzakirələrdən sonra Türkiyə mövcud sərhədlər çərçivəsində böyük dövlətlər tərəfindən tanınır. 1934-cü ildə TBMM Mustafa Kamala "Atatürk" soyadını verir.
Mehriban Əliyeva bu dəfə buğlama bişirdi - FOTOPrezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkədə yeni foto paylaşıb.

"Balıq buğlaması"nın şəklini paylaşan L.Əliyeva yeməyi birinci vitse-prezident Mehriban Əliyevanın bişirdiyini yazıb:

"Anamın bişirdiyi balıq buğlaması! Anam nə bişirsə, dadından doymaq olmur, çünki hər xörəyə böyük qəlbinin hərarətini qatır! Hamıya uğurlu gün arzu edirəm! Çox sağ olun!"
Mehriban Əliyeva bu dəfə buğlama bişirdi - FOTO