Sizin Reklam Burada

"Qarabağ" Azərbaycan futbolunun flaqman komandasıdır - İlham Əliyev

"Qarabağ" Azərbaycan futbolunun flaqman komandasıdır - İlham Əliyev"Əziz “Qarabağ” futbol klubunun nümayəndələri. Sizi əldə edilmiş yeni nailiyyət münasibətilə ürəkdən təbrik edirəm. “Qarabağ” futbol klubu Azərbaycan azarkeşlərini, deyə bilərəm ki, bütün Azərbaycan xalqını bir daha sevindirib".

Avrasiya.net xəbər verir ki, bunu dekabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul edərkən deyib.

"Bu qələbə bir daha onu göstərir ki, “Qarabağ” futbol klubu Azərbaycan futbolunun flaqman komandasıdır. Bu, birinci dəfə deyil ki, “Qarabağ” beynəlxalq yarışlarda böyük uğurlar qazanır, xalqımızı, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir. Bu uğurlar təsadüfi deyil. Çünki bilirəm ki, klub rəhbərliyi, məşqçi heyəti, futbolçular həm yüksək məsuliyyət, peşəkarlıq göstərirlər, eyni zamanda, müntəzəm olaraq peşəkarlığı artırmaq, daha da yaxşı nailiyyətlər əldə etmək üçün yorulmadan çalışırlar", - Prezident vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər