Sizin Reklam Burada

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdiAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram hesabında 8 Noyabr-Zəfər Günü ilə bağlı paylaşım edib.

Avrasiya.net paylaşımı təqdim edir:

"Əziz həmvətənlər!

Vətən müharibəsində əldə edilən şanlı Qələbənin birinci ildönümü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm!

Sözlə ifadə edə bilmədiyim, daxilimizdə, qəlbimizdə yaşayan hissləri bizə bəxş edən Uca Tanrıya şükürlər olsun. Hər bir azərbaycanlı bu Qələbəni gözləyirdi, hər bir azərbaycanlı haqlı olaraq bu Qələbə ilə fəxr edir! Müzəffər Ordumuza, qəhrəman əsgər və zabitlərimizə, mərd və qorxmaz, hər zaman sözünün sahibi olan Prezidentimizə “çox sağ olun” deyirəm!

Unudulmaz şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin. Əyilməz iradəli, torpaq və ləyaqət uğrunda ölümə gedən övladlar böyütmüş ana və atalar qarşısında baş əyirəm. Azərbaycan xalqı, Azərbaycan vətəndaşı, gözün aydın, başın daim uca olsun!

Biz əl-ələ verib, çətin və şərəfli yolu birlikdə addımlayaraq Qələbə zirvəsinə ucalmışıq! Qalib xalq kimi birliyimizi və müstəqil Azərbaycanımızı qorumaq bizim müqəddəs borcumuzdur! Uca Tanrı Azərbaycan xalqını və Azərbaycanı qorusun! Dərin hörmət və sevgilərlə,

Sizin Mehriban".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər