Prezident Paralimpiyadada qızıl medal qazananları TƏBRİK ETDİ
Dərc olunub:
4-09-2021, 10:57
Prezident İlham Əliyev Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalları qazanan idmançılarımızı təbrik edib.
Avrasiya.net xəbər verir ki, dövlət başçısı bununla bağlı rəsmi "Twitter" səhifəsində paylaşım edib:
Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!