Mehriban Əliyeva haqqında sənədli film hazırlandı - VİDEO
Dərc olunub:
21-08-2021, 14:00
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva haqqında "Birinci xanım" adlı sənədli film hazırlanıb.
Avrasiya.net xəbər verir ki, sənədli film Mehriban Əliyevanın həyat və fəaliyyətini əks etdirir.
Sənədli film avqustun 26-da saat 15:00-da AzTV-də yayımlanacaq.
Qeyd edək ki, avqustun 26-da Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.