İlham Əliyev “Ana harayı” abidəsini ziyarət etdi

İlham Əliyev “Ana harayı” abidəsini ziyarət etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə Bakıda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

Avrasiya.net xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, soyqırım qurbanlarının xatirəsinə ehtiramını bildirib.