Prezidentin Şuşada xüsusi nümayəndəsi təyin edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Avrasiya.net xəbər verir ki, sərəncamla Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib.