Bu şəxslərin ailələrinə aylıq 500 manat veriləcək

Bu şəxslərin ailələrinə aylıq 500 manat veriləcəkƏfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri (valideynləri, dul arvadı) üçün verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği artırılıb.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri (valideynləri, dul arvadı) üçün ayda 500 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü veriləcək.

Daha əvvəl həmin təqaüdün məbləği 300 manat idi.

Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.