Prezident özü maşın sürüb Xudafərinə getdi - Video
Xəbər verdiyimiz kimi, noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıla səfər edib.
Avrasiya.net xəbər verir ki, səfərdən görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva özünün rəsmi İnstaqram hesabında paylaşıb. Dövlət başçısı işğaldan azad olunmuş bölgələrimizə səfər edərkən avtomobili özü idarə edib.
Görüntüləri isə maşında əyləşən birinci xanım Mehriban Əliyeva lentə alıb. Həmin görüntülərdə təəssüratlarını bölüşən dövlət başçısı Cəbrayıl ərazisində ətrafa nəzər yetirərək ermənilərin rayonu dağıtmağından söz açıb.
"Baxın, düşmən Cəbrayıl şəhərini nə günə salıb. Bütün dünya bunu görsün və bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik", - deyə İlham Əliyev bildirib.
Prezident və birinci xanım tarixi Xudafərin körpüsünə də baş çəkib.