Sizin Reklam Burada

İlham Əliyev Səudiyyə Kralına məktub göndərdi

İlham Əliyev Səudiyyə Kralına məktub göndərdiPrezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Əziz Qardaşım,

Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Dostluq, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur. Əminəm ki, güclü İslam həmrəyliyinə söykənən bu münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində müvəffəqiyyətlə genişlənəcək və möhkəmlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər