Nazir müavini işdən çıxarıldı
Dərc olunub:
3-09-2020, 22:05
Azərbaycan Respublikası (AR) Prezidentinin Sərəncamı ilə Nadir Hüseynov Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilib.
Avrasiya.net xəbər verir ki, bu barədə XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
N.Hüseynov Xarici İşlər nazirinin əmri ilə xüsusi tapşırıqlar üzrə səfir təyin edilib.
AR Prezidentinin digər Sərəncamı ilə Fariz Rzayev Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin edilib.