Prezident və birinci xanım Bakıda salınan meşə tipli yeni parka baxdılar - FOTO
Dərc olunub:
4-08-2020, 15:03
Avqustun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar.
Avrasiya.net-in məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya parkda görüləcək işlər barədə məlumat verib.