Mehriban Əliyeva daha iki şəhid ailəsinin mənzil problemini nəzarətə götürdü
"Təşkilatımızın üzvü olan Mingəçevirdə yaşayan, 2016-cı ilin aprel döyüşlərində şəhid olan gizirlər Adil Adilzadənin və Teymur Qasımovun ailə üzvləri tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətə Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən dərhal müsbət münasibət bildirildi".
Bunu Modern.az-a “Zəfər”Şəhid ailələrinə dəstək İB-nin sədri Sevinc Orucova deyib.
S.Orucova qeyd edib ki, hər iki ailəmiz uzun müddətdir ki,çətin şəraitli,qəzalı vəziyyətdə olan evlərdə yaşayırdılar:
"Bizim təşkilata qəza vəziyyətində olan evlərinin təmiri ilə bağlı ünvanlanmış müraciətlə bağlı, Heydər Əliyev fondunun rəhbərliyinə məlumat verdik.
Fondun prezidenti Mehriban xanım şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzinə, bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş verib.
Ən qısa zamanda yeni fərdi yaşayış evləri tikilərək hər iki şəhid ailəsinə təhvil veriləcək.
Mehriban xanımım bu addımı bir daha sübut edir ki,ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə apardığımız bir dövrdə heç bir sosial layihə diqqətdən kənarda qalmamışdır.Şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır.
Hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir.Hər kəs bu əmanətə sayğı duymaya,qayğı göstərməyə çalışmalıdır.Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır.
“Zəfər”Şəhid ailələrinə dəstək ictimai birliyi olaraq, təşkilatımızın və şəhid ailələri adından göstərilən diqqət və sayğıya göre Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk".