Dövlət dili normalarını pozanlar 1000 manatadək cərimələnəcək - Prezident qanunu imzaladı
Dərc olunub:
23-06-2020, 19:13
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiq edib.
Avrasiya.net xəbər verir ki, Məcəlləyə əlavə edilən 533-1 maddəsində göstərilir ki, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.