Sizin Reklam Burada

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdiBirinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.

Avrasiya.net-in məlumatına görə, paylaşımda deyilir:

"9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə sizə və sizin simanızda bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm.

Bu bayram həm sizin üçün, həm də ümumiyyətlə xalqımız üçün həmişə xüsusi əhəmiyyətə malik olub. Ölkəmiz tarixi qələbəyə mühüm töhfələr verib və bu, hər bir azərbaycanlıya daim qürur və fərəh hissi yaşadıb. Bu il sizin bu günü xüsusi səbirsizliklə gözlədiyinizi bilirəm. Çünki bu il Böyük Qələbənin 75 illiyi qeyd olunur. Həm Prezidentimiz, həm də mən 9 Mayda həmişə sizinlə görüşmüşük, bu əlamətdar tarixi sizinlə birgə qeyd etmişik. Təəssüf ki, bu il bütün dünyanı sarsıtmış koronavirus pandemiyası ilə bağlı ölkəmizdə tətbiq olunan karantin rejiminə görə sizinlə görüşə bilmirik.

Sizin mərdliyiniz, cəsarətiniz, şücaətiniz əsl vətənpərvərlik nümunəsidir. Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Böyük Qələbə Gününüz mübarək!"

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər