Sizin Reklam Burada

Prezident bu şəxsləri məhkəmə hakimləri təyin etdi - SİYAHI

Prezident bu şəxsləri məhkəmə hakimləri təyin etdi - SİYAHIPrezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net-in məlumatına görə, sərəncamala aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri və sədrləri təyin ediliblər:

İnzibati məhkəmələr üzrə:

Araz Firidun oğlu Hüseynov Bakı İnzibati Məhkəməsinin sədri təyin edilib;

Zəfər Arif oğlu Quliyev Göyçay Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə İnzibati Məhkəməsinin hakimi və sədri təyin edilib;

İmran Ramazan oğlu Burcayev Bakı Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt İnzibati Məhkəməsinin hakimi və sədri təyin edilib;

Fehruz Novruz oğlu Abbasov Şirvan İnzibati Məhkəməsinin hakimi və sədri təyin edilib;

Vidadi Kamal oğlu Qasımov Şəki İnzibati Məhkəməsinin sədri təyin edilib;

Kommersiya məhkəmələri üzrə:

İlham Bayram oğlu Əhmədov Bakı Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilib;

Rəşad Seylan oğlu Məmmədov Gəncə Kommersiya Məhkəməsinin sədri təyin edilib;

Xəqani Qəhrəman oğlu Tağıyev Sumqayıt Kommersiya Məhkəməsinin sədri təyin edilib;

Namidar Əlöysət oğlu Misirzadə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilib;

Mübariz Rahil oğlu Hüseynov Şəki Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilib;

Ağır cinayətlər məhkəmələri üzrə:

Rəşad Şəmşir oğlu Əliyev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib;

Hərbi məhkəmələr üzrə:

Aslan Kalbalı oğlu Kalbalıyev Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilib;

Rayon (şəhər) məhkəmələri üzrə:

Zamin Vəliyəddin oğlu İbrahimov Astara Rayon Məhkəməsinin sədri təyin edilib;

İsmayıl Xudaverdi oğlu Abdurəhmanlı Goranboy Rayon Məhkəməsinin sədri təyin edilib;

Nemət Əlimusa oğlu Musayev Qazax Rayon Məhkəməsinin sədri təyin edilib;

Vladimir Yefimoviç Ruvinov Xaçmaz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qubadlı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;

Rəşad Rafiq oğlu Mustafayev Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilsin.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrinə uyğun olaraq, aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib:

Rafiq Rəşid oğlu Məmmədov Göygöl Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Ağdam Rayon Məhkəməsinin hakimi təyin edilib;

Seyfəli İzzət oğlu Seyfullayev Bərdə Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Beyləqan Rayon Məhkəməsinin hakimi təyin edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər