Sizin Reklam Burada

"Cənub Qaz Dəhlizi layihəsi əsasında əməkdaşlığın nadir formatı yaradılıb” - İlham Əliyev

"Cənub Qaz Dəhlizi layihəsi əsasında əməkdaşlığın nadir formatı yaradılıb” - İlham Əliyev
“Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın təşəbbüsü olub və qonşular tərəfindən dəstəklənib”.

Avrasiya.net xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Prezident Məşvərət Şurasının son illərdə səylərin gücləndirilməsinə və Cənub Qaz Dəhlizinin reallaşmasına mühüm töhfə verdiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizinə üzv ölkələrin tərkibi ümumi məqsədləri birləşdirir. Azərbaycan Prezidenti layihənin keçdiyi tarixi yola nəzər salaraq deyib ki, bu layihə əsasında əməkdaşlığın nadir formatı yaradılıb.

Cənub Qaz Dəhlizinə böyük beynəlxalq marağın olduğunu deyən Prezident İlham Əliyev layihənin əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsinin əhəmiyyətindən danışıb, hazırda TAP layihəsinin 92 faiz tamamlandığını deyib.

Dövlət başçısı nitqində müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi çətinliklərdən danışıb, Azərbaycanın neft-qaz ehtiyatlarının hasilatı və ixracı sahəsində görülən işləri xatırladıb. O vurğulayıb ki, bu illərdə Azərbaycan etibarlı tranzit ölkəyə çevrilib. Neftdən gələn gəlirlərin ölkənin inkişafına xərcləndiyini, indiyə qədər bir çox infrastruktur layihələrinin icra edildiyini və bu istiqamətdə işlərin davam etdiyini deyən Prezident İlham Əliyev Azərbaycanın malik olduğu iqtisadi imkanlardan bəhs edib və Şuranın işinə uğurlar arzulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər