Prezident generalları istefaya göndərdi

Prezident generalları istefaya göndərdiPrezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinin ikinci hissəsinə əsasən sərəncam imzalayıb.

Sərəncama əsasən aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar.

1. General-leytenant Cəbrayılov Asif Mikayıl oğlu

2. General-leytenant Xəlilov Əsgər Sabir oğlu

3. General-leytenant Tağı-zadə Fərhad Sabir oğlu.