Sizin Reklam Burada

Azərbaycan heç kimin qarşısında baş əyməyəcək - İlham Əliyev

Azərbaycan heç kimin qarşısında baş əyməyəcək - İlham Əliyev
Bizim strateji inkişaf yolumuz var - milli dəyərlərin qorunması, müstəqilliyin möhkəmləndirilməsi, bundan sonra da heç kimdən asılı olmamaq, heç vaxt kiminsə iradəsi ilə idarə olunmamaq və uğurlu iqtisadi-sosial inkişaf, təhlükəsizlik, sabitlik, dünyaya açıq olmaq və milli maraqlarımızın qorunması. Bu, bizim strateji xəttimizdir. Bu, dəyişməz olaraq qalır, qalacaq və qalmalıdır".

Avrasiya.net xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında deyib.

Dövlət başçısı bildirib ki, bu gün regionumuzda proseslər mənfi istiqamətdə gedir:

"Ancaq bununla bərabər, biz qapalı şəraitdə yaşaya bilmərik. Dünyada, regionumuzda gedən proseslər əlbəttə ki, bizə də təsir göstərir. Əfsuslar olsun ki, bu gün regionumuzda proseslər mənfi istiqamətdə gedir, biz bunu görürük. Yeni münaqişə, yeni qarşıdurma ocaqları, müharibələr, vətəndaş müharibələri – bütün bu mənfi meyillər, o cümlədən iqtisadi sahədə dünyada yaşanan böhran bizə də təsir göstərə bilər və göstərir. Ona görə biz dünyada gedən prosesləri yaxından izləyərək öz addımlarımızı, o cümlədən taktiki addımlarımızı buna uyğun atmalıyıq. Nəzərə alsaq ki, ölkə daxilində risklər yoxdur, - nə siyasi risklər, nə sosial, nə iqtisadi, nə fiziki risklər, - bütün mümkün olan problemlər kənardan gələ bilər. Həm ideoloji təxribat, - bu barədə mən artıq öz sözümü dedim, - həm də ki, başqa təxribatlar. Ona görə biz ölkəmizi, sərhədlərimizi qorumalıyıq, informasiya sərhədlərimizi, mənəvi sərhədlərimizi elə möhkəm inşa etməliyik ki, heç bir kənar qüvvə bizim nə milli-mənəvi dəyərlərimizə, nə müstəqilliyimizə, nə də gələcək uğurlu inkişafımıza mane ola bilməsin. Nə qədər ki, mən bu vəzifədəyəm Azərbaycan müstəqillik, azadlıq və inkişaf yolu ilə gedəcək. Elə etməliyik ki, bizdən sonra gələn nəsillər, gənclər öz fəaliyyətlərini bu istiqamətdə qursunlar və təxribatlara uymasınlar, bəzi beynəlxalq təşkilatların yalan məruzələrinə inanmasınlar. Onların arxasında çox ciddi siyasi maraqlar dayanır. Nə üçün Azərbaycan bəzi hallarda beynəlxalq müstəvidə təzyiqlərlə üzləşir? Çünki heç kimin qarşısında baş əymir və əyməyəcək. Heç kimin sözü ilə oturub-durmur və düz də edirik. Ona görə ölkəmizdə sabitlik, inkişaf, əmin-amanlıq var.

Baxın, başqa ölkələrə, onlar böyük dövlətlərin təsiri altına düşmüşlər. Onların gününə baxın, orada vətəndaş müharibələri, kütləvi itaətsizlik baş alıb gedir, siyasi və iqtisadi böhran davam edir. O ölkələr faktiki olaraq xarici idarəetmə altındadırlar və öz müstəqilliyini kiminsə sərəncamına vermişlər. Amma biz ləyaqətli siyasət aparırıq. Mən həmişə demişəm ki, Azərbaycan dövlətinin taleyi xalqımızın əlindədir. Biz, nəhayət ki, müstəqil dövlət kimi yaşayırıq və heç kimdən asılı deyilik. Amma tariximizi də yaxşı bilirik. Hətta Azərbaycan Xalq Cümhuriyyətinin tarixi də birmənalı deyildi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi hadisə idi və bizim qürur mənbəyimizdir. Çünki müsəlman aləmində ilk dəfə məhz Azərbaycan xalqı demokratik respublika yaratmışdır, qəbul edilmiş qanunlar və planlar, onların niyyəti ölkəmizin uğurlu inkişafını şərtləndirə bilərdi. Ancaq o da həqiqətdir ki, iki il ərzində Azərbaycan hökuməti öz ərazisinə tam nəzarət edə bilmirdi. O da həqiqətdir ki, o vaxt xarici ekspedisiya korpusu Bakıda hökmranlıq edirdi, Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətini tanımırdı. Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri məcbur olub o ekspedisiya korpusunun generalları ilə müzakirələr aparıblar ki, müstəqil siyasət yürüdə bilsinlər. Bu proses də böyük çətinliklərlə baş verirdi.

Ona görə indiki müstəqil Azərbaycanı heç bir dövrlə müqayisə etmək olmaz, heç bir dövrlə. Bu gün bu qədər müstəqil, bu qədər azad dövlət Azərbaycan tarixində olmamışdır. Tarixçilər bunu yaxşı bilirlər. Biz də bunu qiymətləndirməliyik.



Tale 1991-ci ildə bizə yeni bir şans verdi. Biz bu şansı itirə bilərdik və əslində, itirirdik. Çünki 1990-cı illərin əvvəllərində gedən proseslər ölkəmizi məhvə aparırdı. Ancaq 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan bütün o bəlalardan canını qurtardı və inkişaf yoluna qədəm qoydu, müstəqillik yoluna qədəm qoydu. Bu gün biz bu yolla gedirik və gedəcəyik".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər