Sizin Reklam Burada

Təəccüb edirdik ki, bu, dəqiqliklə necə hesablana bilər? - Prezident

Təəccüb edirdik ki, bu, dəqiqliklə necə hesablana bilər? - Prezident
Həm sovet dövründə, həm müstəqillik illərində Azərbaycanın neft-qaz sənayesinin inkişafında sizin böyük rolunuz var. Siz 20-dən çox neft-qaz yatağının kəşf edilməsində bilavasitə iştirak etmisiniz, bir çox hallarda kəşfiyyat işlərinə rəhbərlik etmisiniz.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə bildirib.

"O yataqlar arasında “Azəri”, “Çıraq” və “Günəşli” xüsusi yer tutur. Bu yatağın sovet dövründə aşkarlanması böyük hadisə idi. Çünki Xəzərdə ən böyük neft yatağıdır. Ancaq “Azəri-Çıraq-Günəşli”nin müstəqillik dövründə işlənilməsi tarixi hadisədir. Çünki bugünkü Azərbaycanın inkişafını “Azəri-Çıraq-Günəşli”siz təsəvvür etmək mümkün deyil. Bu yatağın işlənilməsi və yataqdan hasil olunan neft bugünkü Azərbaycanın inkişafını təmin edir, iqtisadi müstəqilliyini şərtləndirir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyimizi möhkəmləndirir. Beləliklə, “Azəri-Çıraq-Günəşli” yatağının kəşf edilməsi və işlənilməsi doğrudan da tarixi hadisədir. Bu yaxınlarda bu yatağın işlənilməsi müddətinin uzadılmasını da biz təmin etdik və bu yataq ən azı 2050-ci ilə qədər istismarda olacaqdır.

Siz də yaxşı xatırlayırsınız ki, “Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalananda təxmini ehtiyatlar xarici tərəfdaşlar tərəfindən 511 milyon ton səviyyəsində müəyyən edilmişdi. Hətta biz təəccüb edirdik ki, bu, dəqiqliklə necə hesablana bilər? Ancaq siz də o vaxt tam əminliklə deyirdiniz ki, bu yataqda daha çox neft resursları var. Hazırda xarici tərəfdaşların hesabatına əsasən bu yataqda ən azı 1 milyard ton neft vardır. Amma şübhəsiz, gələcək illərdə, xüsusilə yeni texnologiyalar tətbiq olunduqda, hesab edirəm ki, bu yataqdan daha çox neft çıxarılacaqdır", - Prezident qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər