11 dek 17:27Gundem

İlham Əliyev fövqəladə və səlahiyyətli elçiyə Prezident Administrasiyasında vəzifə verdi

İlham Əliyev fövqəladə və səlahiyyətli elçiyə Prezident Administrasiyasında vəzifə verdi
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini vəzifəsinə təyinat olub.
APA-nın məlumatına görə, Prezident İlham Əliyevin sərəncamı ilə Nüsrət Süleyman oğlu Süleymanov Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini təyin edilib.

Qeyd edək ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdir.

Administrasiyanın Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini vəzifəsinə təyinat alan Nüsrət Süleyman oğlu Süleymanov buna qədər diplomatik xidmət orqanının əməkdaşı olub. O, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyır.
XƏBƏR LENTİ
SORĞU