05 dek 20:02Gundem

İlham Əliyev sakinlərlə çay süfrəsi arxasında... - Foto

İlham Əliyev sakinlərlə çay süfrəsi arxasında... - FotoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfərə gəlib.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonda görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

Dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.

Dövlətimizin başçısına Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-ci kilometrliyindən ayrılan Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolu barədə də məlumat verildi.

Sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

İlham Əliyev dekabrın 5-də Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizdə vətəndaşların rahatlığı, eləcə də gənclər üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

***

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlanıb.

Dövlət başçısı çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edib.

Fərdar Həsənov və anası Xuraman Həsənova göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.
XƏBƏR LENTİ
SORĞU