26 noy 17:18Gundem

Mehriban Əliyeva xalqa təşəkkür etdi: “Daim sizin dəstəyinizi hiss edirəm”

Mehriban Əliyeva xalqa təşəkkür etdi: “Daim sizin dəstəyinizi hiss edirəm”Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində ünvanına gələn təbriklərə görə xalqa təşəkkür edib.

Təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Rusiya Federasiyasının dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyim münasibətilə təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Rusiyaya rəsmi səfərim zamanı mənə ünvanladığınız xoş, səmimi sözlərə görə sizə təşəkkür edirəm.

Öz fəaliyyətimdə mən daim sizin dəstəyinizi hiss edirəm. Sizin mənə inamınız, xoş münasibətiniz və səmimiyyətlə uğurlar diləməyiniz mənim üçün ən gözəl ilham mənbəyidir.

Çox sağ olun!

Sevgilərlə,

Sizin Mehriban.
XƏBƏR LENTİ
SORĞU