07 noy 10:47Gundem

Mehriban Əliyeva neftçiləri təbrik etdi

Mehriban Əliyeva neftçiləri təbrik etdiAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində ölkə neftçilərini təbrik edib.

Avrasiya.net təbrikin mətnini təqdim edir:

"Bu gün əfsanəvi "Neft Daşları"nın 70 illiyi qeyd olunur. 1949-cu ilin məhz bu günündə neftçilərimiz dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft hasil edərək, nəinki ölkəmizin, eləcə də bütün dünyanın neft salnaməsinə parlaq səhifələr yazmışlar. Bu əlamətdar hadisənin yubileyi münasibətilə bütün Azərbaycan neftçilərini təbrik edir, hər birinizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!"
XƏBƏR LENTİ
SORĞU