31 okt 17:41Gundem

Prezident İlham Əliyev: “Media nümayəndələrinə dəfələrlə demişəm ki, siz mənim köməkçilərimsiniz”

Prezident İlham Əliyev: “Media nümayəndələrinə dəfələrlə demişəm ki, siz mənim köməkçilərimsiniz”“Mən media nümayəndələrinə də dəfələrlə müraciət etmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz”.

Avrasiya.net xəbər verir ki, bu fikdi Azərbaycan Prezidenti İlham Əliyev Yevlax Şəhər İcra Hakimiyyətinin yeni başçısı Anar Tağıyevi, Xaçmaz Rayon İcra Hakimiyyətinin yeni başçısı Elnur Rzayevi qəbul edərkən deyib.

“Bəzi hallarda mən dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam. Bax, son hadisəni demək istəyirəm ki, Şamaxı rayonunda zəlzələ olub, oraya böyük vəsait ayrılıb. Mən oraya getmişəm, yeni tikilmiş evlərin açarlarını vətəndaşlara təqdim etmişəm. Ancaq o günləri televizorda baxıram ki, məktəb binasının yarısı uçubdur, çatlar var, uşaqlar qorxudan orada otura bilmirlər. Bəs yaxşı, bunun üstündən səkkiz ay keçibdir, bunu etmək mümkün deyilmi? Vəsait ayrılıb, göstəriş verilib, bir çox evlər tikilib, bu məktəb belə yararsız vəziyyətdə ola-ola bununla necə barışmaq olar? İndi əgər mediada, televizorda bu reportaj getməsəydi, mən bilməyəcəkdim. Mən bilən kimi dərhal göstəriş verdim. İndi orada işlər başlayacaq və o məktəb binası ya sökülüb yenidən tikiləcək, ya da ki, əsaslı təmir olunacaq. Ona görə ictimai nəzarət olmalıdır. Siz də bundan qorxmamalısınız, əksinə, ictimaiyyət sizə dəstək verməlidir”,- İlham Əliyev deyib.
XƏBƏR LENTİ
SORĞU