07 okt 12:00Gundem

İlham Əliyev Putinə zəng etdi

İlham Əliyev Putinə zəng etdiOktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın dövlət başçısı İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini ad günü münasibətilə səmimi qəlbdən təbrik edib, ona Rusiya dövlətinin və xalqının tərəqqisi naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları bu yaxınlarda keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti iclasının əhəmiyyətinə toxunaraq, Soçidə ölkə başçıları arasında aparılan danışıqların strateji tərəfdaşlığa əsaslanan ikitərəfli dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi işinə töhfə verdiyini vurğulayıb, əlaqələrin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Söhbət zamanı Prezident İlham Əliyev və Prezident Vladimir Putin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
XƏBƏR LENTİ
SORĞU