04 okt 22:55Gundem

Mehriban Əliyevadan Teymur Rəcəbova təbrik

Mehriban Əliyevadan Teymur Rəcəbova təbrik
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə vasitəsilə Şahmat üzrə Dünya Kubokunu qazanan Teymur Rəcəbovu təbrik edib.

Avrasiya.net xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan növbəti böyük uğura imza atıb! Gənc istedadımız Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunda ölkəmizi layiqincə təmsil edərək parlaq qələbə qazanıb. Bütün Azərbaycan xalqının sevincinə səbəb olan bu möhtəşəm qələbə münasibətilə Teymuru səmimi-qəlbdən təbrik edirəm!".
XƏBƏR LENTİ
SORĞU