29 iyl 10:11Gundem

İlham Əliyev nazir müavinini işdən çıxardı

İlham Əliyev nazir müavinini işdən çıxardıMüdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyev vəzifəsindən azad olunub.

Report xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Bu vəzifəyə hələlik yeni təyinat olmayıb.

Qeyd edək ki, Tofiq Yusuf oğlu Rəfiyev 1942-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Prezidentinin 15 dekabr 2006-cı il tarixli sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilmişdi.

Xatırldaq ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub.
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU