27 iyn 22:05Gundem

Prezidentdən nazir və DTX sədri ilə bağlı - Sərəncam

Prezidentdən nazir və DTX sədri ilə bağlı - SərəncamPrezident İlham Əliyev V.S.Eyvazova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazova general-polkovnik ali hərbi rütbəsi verilsin".

***

Dövlət başçısı həmçinin Ə.N.Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında müvafiq sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilsin”.
loading...
XƏBƏR LENTİ
SORĞU