10 iyn 14:40Gundem

İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

Avrasiya.net məktubun mətnini təqdim edir:

"Hörmətli Qasım-Jomart Kemeleviç,

Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Qazaxıstan münasibətləri xalqlarımızın ortaq tarixi, milli, mənəvi köklərindən qaynaqlanır. İnanıram ki, belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimizin və strateji tərəfdaşlığımızın bundan sonra da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".
loading...
XƏBƏR LENTİ
25-06-2019, 22:56
25-06-2019, 16:30
24-06-2019, 15:00
SORĞU