05 apr 15:16Gundem

Prezident 4 icra başçısını işdən çıxardı

Prezident 4 icra başçısını işdən çıxardı Prezident İlham Əliyevin sərəncamı ilə Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Avrasiya.net xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Siyəzən rayonunun icra başçısı Asif Həbib oğlu Hüseynov vəzifədən azad edilərək, Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

***

İlham Əliyevin sərəncamı ilə Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib, digər sərəncamla Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

***

Prezidentin sərəncamı ilə Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və digər sərəncamla Məhərrəm Böyükağa oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

***

İlham Əliyevin sərəncamı ilə Asif Həbib oğlu Hüseynov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və difər sərəncamla Novruz Nəcəf oğlu Novruzov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
loading...
XƏBƏR LENTİ
Dünən, 16:30
24-06-2019, 15:00
SORĞU