02 yan 11:36Gundem

İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

İlham Əliyev Vladimir Putinə başsağlığı verdiAzərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.

AzərTAc bildirir ki, məktubda deyilir:

“Hörmətli Vladimir Vladimiroviç,

Maqnitoqorskda baş vermiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənləriin tezliklə sağalmasını arzulayıram”.

Virtualaz.org xatırladır ki, dekabrın 31-də Magnitogorsk şəhərində çoxmərtəbəli yaşayış binasının blokunda qaz sızmasından partlayış baş verib. Nəticədə 120 nəfərin yaşadığı bina çöküb. Son məlumatlara görə, dağıntılar altından 13 meyit çıxarılıb. 30-a yaxın insanın taleyi hələ də məlum deyil.

Onu da qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin hadisə yerinə baş çəkib.
XƏBƏR LENTİ
Dünən, 08:10
20-09-2019, 14:39
20-09-2019, 14:21
SORĞU